Britaniya Putinin andiçmə mərasiminə öz nümayəndəsini göndərməyəcəkbackend

Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə öz nümayəndəsini göndərməyəcək. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.

Departamentin bəyanatında deyilir: “Böyük Britaniya prezident Vladimir Putinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək”.

Bundan əvvəl Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bəyan etmişdi ki, Rusiya prezidentinin andiçmə mərasimində ABŞ-ın rəsmi nümayəndələri iştirak etmirlər.

Mənbə: Reuters