ABŞ rüsumların ləğvi ilə bağlı bir sıra tələblər irəli sürməyi planlaşdırırbackend

Birləşmiş Ştatlar onunla ticarət müqaviləsi bağlamaq və gömrük rüsumlarından yayınmaq istəyən ölkələrə bütöv bir sıra şərtlər irəli sürmək niyyətindədir.

Bu barədə Washington Post (WP) məlumat yayıb.

Xüsusilə, Vaşinqton xarici tərəfdaşlardan Amerika qazının alışını artırmağı tələb etmək istəyir. ABŞ-ın həmçinin məhsullarının digər ölkələrə ixracına daha aşağı tariflər və xaricdə fəaliyyət göstərən “texnoloji nəhənglər” üçün daha aşağı vergilər istəməsi gözlənilir.

“Bunlar, ABŞ Prezidenti Donald Tramp administrasiyasının son dərəcə yüksək tariflərdən qaçmağa çalışan onlarla ölkə ilə danışıqlarda irəli sürəcəyi tələblərdən yalnız bir neçəsidir”, – məqalədə vurğulanır.