ABŞ senatoru prankerlərə deyib ki, Gürcüstan yanlış istiqamətə gedibbackend

ABŞ Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin rusiyalı prankerlər Vovan və Lexus ilə söhbətində Gürcüstanın yanlış yola getdiyini bildirib. Söhbət prankerlərin Telegram kanalında yayımlanıb.

“Gürcüstan yanlış istiqamət götürüb. Bu, narahatedici tendensiyadır.

Senator qeyd edib ki, Birləşmiş Ştatlar “bir hissəsini Rusiyanın işğal etdiyi bir ölkənin indi qəfildən Rusiyaya rəğbət bəsləməsindən çox narahatdır”.

Kardin həmçinin iddia edir ki, Rusiya Federasiyası Gürcüstan və Moldovanı işğal edə bilər.

“Düşünürəm ki, Rusiya Moldovaya və ya Gürcüstana getməkdən çəkinməyəcək.

Mənbə: Sputnik