Slovakiyanın baş naziri Robert Fiko “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə çəkinmədən görüşməyə hazır olduğunu bildirib.
“Lazım gəlsə, mən tərəddüd etmədən prezident Putinlə danışmağa hazıram”, – Fiko bildirib.
O qeyd edib ki, bu, “tamamilə ciddi” bəyanatdır.
Fiko xatırladıb ki, o, Rusiya Federasiyasının baş naziri olduğu müddətdə Putinlə bir neçə dəfə görüşüb.