Münaqişə tərəfləri Ukrayna üzrə sülh razılaşmasına nail ola bilməsələr, Avropa birbaşa münaqişəyə girə bilər.
Bu barədə ABŞ ordusunun istefada olan polkovniki Daniel Devis özünün YouTube kanalında bildirib.
Onun sözlərinə görə, Qərbin üç illik “diplomatik uğursuzluqlarından” sonra Ukrayna üçün yaxşı sülh şəraiti olmayacaq. Əgər bu dəfə razılaşma əldə olunmasa, Kiyev ya tam hərbi məğlubiyyətə uğrayacaq, ya da Avropanın birbaşa münaqişəyə girməsi üçün şərait yaranacaq.
Devis vurğulayıb ki, Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma Ukrayna ərazisindən kənara da uzanacaq.