Axios mənbələrə istinadən xəbər verir ki, ABŞ, Ukrayna və bəzi Avropa ölkələrinin nümayəndələri Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçiriləcək sammit öncəsi mövqeni razılaşdırmaq üçün həftəsonu Böyük Britaniyada görüş keçirmək niyyətindədirlər.
Portalın məlumatına görə, Ukrayna və bəzi NATO müttəfiqləri Ağ Ev rəhbərinin rusiyalı həmkarının mövqelərini nəzərə almadan münaqişəni dayandırmaq təklifi ilə razılaşa biləcəyindən narahatlığını bildiriblər.
Tərəflərin “ortaq mövqe inkişaf etdirməyə çalışacaqları” görüşün keçirilməsi ideyası cümə günü Ukrayna, Amerika və Avropa rəsmiləri arasında söhbət zamanı yaranıb.