Milli təhlükəsizlik müşavirlərinin Ukrayna “sülh formuluna” dair Davos toplantısı dəqiq bir plan olmadan başa çatıb. Bu barədə Amerikanın Bloomberg nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna qlobal Cənub ölkələri arasında sülh planına dəstək ala bilməyib. Qeyd olunur ki, Cənubi Afrika və Braziliya görüşə dəvət edilməyən Rusiyanın maraqlarının nəzərə alınmasının vacibliyini bəyan ediblər. Eyni zamanda, İsveçrənin xarici işlər naziri İqnazio Kassis qeyd edib ki, görüşdə müzakirə olunacaq məsələlərə aydınlıq gətirilib, lakin nə Ukrayna, nə də Rusiya Federasiyası güzəştə getməyə hazır deyil.
Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Ermak bildirib ki, Kiyev özünün “sülh formuluna” uyğun olaraq bir neçə sammit keçirməyi planlaşdırır.
Mənbə: Bloomberg

