ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı şüarlar səsləndirən, “Tramp iqlim cinayətkarıdır” yazılmış pankart nümayiş etdirən və Ayova ştatında çıxışını pozmağa çalışan ətraf mühit fəallarına zarafatla cavab verib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Sağ ol əzizim. Evə ananın yanına get. Anan gözləyir” deyən Tramp ətraf mühitin mühafizəsi fəallarından birinə onların hələ gənc və yetişməmiş olduqlarını qeyd edib.
Fəallar zaldan çıxarılıb, bundan sonra Tramp çıxışına davam edib.
Mənbə: RİA Novosti

