ABŞ Ukraynaya yeni yardım paketi hazırlayıbbackend

Bazar ertəsi, iyulun 1-də Pentaqon Ukraynaya 150 milyon dollar məbləğində yeni yardım paketini elan edəcək.

Yardım paketi, ehtimal ki, əsasən, Ukrayna Silahlı Qüvvələrində Patriot hava hücumundan müdafiə sistemindən əvvəl istifadəyə verilmiş köhnəlmiş HAWK zenit-raket kompleksləri üçün 155 mm-lik mərmi və sursatdan ibarət olacaq.

Bundan əvvəl keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter Sevastopolda çimərliyə hücumun təxribat məqsədilə Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı müharibə aktı olduğunu bildirib.

Mənbə: Reuters