ABŞ və Çin son 5 ildə ilk dəfə nüvə silahı ilə bağlı yarı-rəsmi danışıqlar aparıbbackend

Vaşinqton və Pekin son 5 ildə ilk dəfə nüvə silahı ilə bağlı yarırəsmi danışıqları bərpa edib. Bu barədə Reuters agentliyi Amerika nümayəndə heyətinin üzvlərinə istinadən məlumat yayıb.

Pekin Tayvan ətrafındakı vəziyyətə görə nüvə silahından istifadə ilə hədələməyəcəyini deyir, mənbələr bildiriblər.

Track 2 danışıqlarının təşkilatçılarından biri olan alim David Santoro bildirib ki, Çin nüvə silahından istifadə etmədən ada uğrunda mübarizədə qalib gələ biləcəyinə tam əmindir.

Qeyd olunur ki, “ikinci yol” üzrə danışıqların iştirakçıları öz hökumətlərinin mövqeyi barədə mötəbər danışa bilən eks-məmurlar və alimlərdir. Onun müəyyən edilməsində birbaşa iştirak etməsələr belə, bunu edə bilərlər. Hökumətlər arasında danışıqlar “birinci yol” kimi tanınır.

Mənbə: reuters