ABŞ və Çin uzun illərdən sonra ilk silahlanmaya nəzarət görüşünü keçirəcəkbackend

ABŞ və Çin nümayəndələri prezident Barak Obamanın administrasiyasından sonra ilk dəfə olaraq silahlara nəzarətlə bağlı danışıqlar aparacaqlar. Bu barədə “The Wall Street Journal” (WSJ) Amerika hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrdə görüşün noyabrın 6-da Vaşinqtonda baş tutacağı barədə məlumat var. Danışıqlar “yanlış hesablama riskini azaltmağın yollarına” baxacaq. Mənbələrdən birinə görə, görüşdə amerikalılar Çin nümayəndəsinə Pekinin nüvə doktrinası və Çinin nüvə arsenalının artırılması ilə bağlı suallar verməyi gözləyirlər.

Qəzetin həmsöhbətləri qeyd ediblər ki, planlaşdırılan görüşün özlüyündə hələlik ABŞ və Rusiyada mövcud məhdudiyyətlərə bənzər mümkün məhdudiyyətlərin müəyyən edilməsi üzrə rəsmi dialoqun başlanması demək deyil. Amerikalılar daha çox ABŞ, Çin və Rusiyanın iştirak edə biləcəyi “sabitliyi pozan üçtərəfli silahlanma yarışının” qarşısını almağa çalışırlar.

Mənbə: TASS