ABŞ və müttəfiqləri İsrail və İrana eskalasiyanın qəbuledilməz olduğu barədə birbaşa siqnal göndəriblərbackend

ABŞ və müttəfiqləri İsrail və İrana birbaşa siqnal göndərib ki, gərginlik daha da artmamalıdır.

TASS xəbər verir ki, bunu ABŞ-Avstraliya danışıqlarının yekunlarına görə dövlət katibi Entoni Blinken deyib.

“Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin böyüməsinin qarşısını almaq üçün intensiv işləməyə davam edirik”, o, mətbuat konfransında deyib.

Blinken əlavə edib ki, ABŞ və tərəfdaşları “heç kəsin eskalasiyaya cəhd etməməsi ilə razılaşırlar”.