ABŞ və Özbəkistan Mərkəzi Asiyada təhlükəsizliyi gücləndirmək barədə razılığa gəliblər

ABŞ və Özbəkistan Mərkəzi Asiyada təhlükəsizliyi gücləndirmək üçün qüvvələri birləşdirməyə razılaşıblar.

Bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Bəxtiyor Saidov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra deyib.

Onun sözlərinə görə, görüş “çox məhsuldar” olub. “Biz işgüzar mübadilələr üçün daha əlverişli mühit yaratmaq, Özbəkistanda potensial yaratmaq və Mərkəzi Asiyada regional təhlükəsizliyi gücləndirmək üçün səylərimizi birləşdirməyə razılaşdıq”, – Saidov Twitter-də yazıb.

O, həmçinin Özbəkistan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş islahat proqramının həyata keçirilməsinə göstərdiyi davamlı dəstəyə görə Vaşinqtona minnətdarlığını bildirib.

Mənbə: RİA Novosti

İctimai.az

Oxşar xəbərlər