Birləşmiş Ştatlar müxalifət lideri Edmundo Qonzales Urrutianı prezident seçkilərinin qalibi kimi tanıyıb və Venesuelada “hakimiyyətin dinc yolla ötürülməsinə” çağırıb. Bunu Dövlət Departamentinin saytında bəyanatı dərc olunan ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, Venesuelada keçirilən prezident seçkilərində bülletenlərin emalı zamanı “ciddi səhvlərə” yol verilib və elan edilən nəticələr “Venesuela xalqının iradəsini” əks etdirmir.
ABŞ dövlət katibi qeyd edib ki, Milli Seçki Şurası (CNE) sübut təqdim etmədən Venesuelanın hazırkı prezidenti Nikolas Maduronu qalib elan edib. Səslərin 100%-nin hesablanmasının nəticələrinə dair məlumatlar hələ dərc olunmayıb ki, bu da Karter Mərkəzinin monitorinq komissiyasının fikrincə, elan edilmiş nəticəni “hər hansı etibarlılıqdan” məhrum edir.
Mənbə: Haber Global