Rusiya siyasi məhbusları və Almaniya vətəndaşlarını daşıyan təyyarənin gəldiyi Köln hava limanında Almaniya kansleri Olaf Şolz çıxış edib. Onun sözlərini “Diqqət, xəbər” Telegram kanalı sitat gətirir.
Siyasətçi “hələ də Rusiya həbsxanalarında olanların hamısının azadlığa çıxmalarını” arzulayıb.
“Biz azadlıq ideyasının vacib olduğu bir cəmiyyətik. Azadlığa və demokratiyaya inandıqlarına görə həyatlarından qorxmaq məcburiyyətində qalan bütün insanlar üçün bu insanları xilas etmək bizim cəmiyyət olaraq humanist baxışımızın ayrılmaz hissəsidir. Əks halda təhlükədə ola biləcək Almaniya vətəndaşlarını da geri qaytardıq”, o əlavə edib.