ABŞ Xəzinədarlığı 2023-cü il mayın 25-dək Rusiya Federasiyasının bir sıra sanksiya tətbiq edilmiş bankları ilə əməliyyatların aparılmasına icazə verib

ABŞ Xəzinədarlığı 25 may 2023-cü ilə qədər bəzi sanksiyaya məruz qalan Rusiya bankları ilə əməliyyatlara icazə verdiyini açıqlayıb.

Bu barədə nazirliyin saytında dərc olunan baş lisenziyada deyilir.

Sənəddə deyilir: “14,024 saylı İcra Sərəncamı ilə qadağan edilən bütün əməliyyatlara 25 may 2023-cü ilə qədər icazə verilir”.

Qeyd olunur ki, lisenziya Sankt-Peterburq, Zenit, Primorye, Uralsib, Lanta-Bank, SDM-Bank, Metallurgiya İnvestisiya Bankı, Ural Yenidənqurma və İnkişaf Bankı və Moskva Kredit Bankına şamil edilir.

Mənbə: Gazeta.ru

İctimai.az

Related Post