Deputat evdə ölü tapılıbbackend

Demokratik Sol Partiyasının (DSP) keçmiş deputatı Osman Kılıçdan xəbər ala bilməyən yaxınları Kılıçın Akşemsettin Mahallesi Alperen küçəsindəki evinə gedib.

68 yaşlı Osman Kılıçı burada hərəkətsiz tapan qohumları vəziyyəti polis və sağlamlıq qruplarına xəbər verib.

Osman Kılıç 1955-ci ildə Giresunda anadan olub. İstanbul İqtisadiyyat və Ticarət Elmləri Akademiyasını bitirib.

Maşın və Kimya Sənayesi Qurumunun İstanbul Region Müdirliyində fəhlə, iş yeri həmkarlar ittifaqı nümayəndəsi, həmkarlar ittifaqı şöbə müdiri, müstəqil mühasib və maliyyə müşaviri vəzifələrində çalışıb.

Türkiyə Böyük Millət Məclisində 20 və 21-ci dövrlərdə DSP İstanbul millət vəkili vəzifəsində çalışıb.

Mənbə: Haber Türk

İctimai.az