Kanada Ukraynaya dəstək üçün 32 milyon dollardan çox vəsait ayırdığını açıqlayıb

Kanada Ukraynanın təhlükəsizliyini və sabitliyini daha da gücləndirmək üçün 32 milyon dollardan çox maliyyə ayırdığını açıqlayıb.

İctimai.az-ın məlumatına əsasən, bu barədə Reuters xəbər verir.

Yardıma minaların təmizlənməsi üçün 7,5 milyon dollar və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı mübarizə üçün 12 milyon dollardan çox vəsait daxildir.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər