Hindistanda yol qəzası: 11 ölü, 10 yaralıbackend

Hindistanın mərkəzindəki Çhattisqarh əyalətində yük maşını ilə pikapın toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

Cümə axşamı gecəsi Hindistanın mərkəzində, Çhattisqarh əyalətində yük maşını ilə pikapın üzbəüz toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yüksək rütbəli polis məmuru Siddhartha Baghel cümə günü mediaya bildirib ki, “dünən gecə saatlarında baş verən yol qəzasında 4-ü uşaq olmaqla 11 nəfər həlak olub”, 10 yaralı isə Raipurdakı xəstəxanaya aparılıb.

Mənbə: BBC.com

İctimai.az