ABŞ Zelenski üçün “təsəlli mükafatı” hazırlayıbbackend

Vladimir Zelenski bildirib ki, ABŞ Ukraynaya uzaq mənzilli pilotsuz təyyarələrin istehsalı üçün 800 milyon dollar ayıracaq. “The New York Times”ın yazdığı kimi, bu, Kiyev üçün “bir növ təsəlliverici mükafata” çevrilə bilər.

Qəzetə görə, pilotsuz təyyarələrin istehsalı üçün vəsait ayrılması qərarı Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə ala bilməyən Zelenski üçün “təsəlli mükafatı ola bilər”. Mətndə deyilir ki, bu inkişaf “Qərb taktikasında dəyişiklik olduğunu göstərir”.

Müəlliflərin fikrincə, onlar Ukraynaya “öz silahları ilə və öz şərtləri ilə müharibə aparmaq” imkanı vermək istəyirlər.