Avropa İttifaqı Rusiya qazından imtina planlarını poza bilərbackend

Avropa İttifaqı (Aİ) Rusiya qazının tədarükünü azalda bilməyəcək və bu, birliyin 2027-ci ilə qədər Rusiyadan yanacaqdan imtina etmək planlarını təhdid edir.

Bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiya qazının tədarükü azalmağı dayandırıb və bunun nəticəsində “asılılıq indi bir qədər artır”.

Bloomberg aydınlaşdırır ki, bu ilin əvvəlindən Rusiya qazının tədarükü Aİ-nin bütün qaz idxalının təxminən 20%-ni təmin edib, halbuki ötən il bu rəqəm 15% təşkil edib. Agentlik həmçinin iddia edir ki, Avropa İttifaqı Rusiya qazına tələbi azaltmaqda çətinlik çəkir və bu, “regionda hasilat fəallığına xələl gətirir”.