ADNSU-da COP29-un tarixi nəticələrinə həsr olunmuş seminar keçirilibbackend

Dekabrın 19-da ADNSU-da “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və onun tarixi nəticələri” mövzusunda seminar keçirilib.

Energetika fakültəsinin təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Aydın Əliyev qonaqları və seminar iştirakçılarını salamlayaraq ölkəmizdə yüksək səviyyədə keçirilən COP29-un nəticəsi olaraq əldə olunan nailiyyətlər haqqında geniş təqdimatla çıxış edib. İki həftə müddətində iqlim dəyişmələrinin fəsadlarına qarşı, eyni zamanda əldə edilən beynəlxalq irəliləyişlərlə yanaşı, İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlərin imzalandığını qeyd edən dosent Aydın Əliyev burada, həmçinin Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir ki, davam edən danışıqlara nəhayət yekun vurulduğunu deyib. Azərbaycanın COP29-da  tarix yazdığını deyən dosent A. Əliyev COP29-un qlobal təşəbbüslərin qəbul olunduğu və Azərbaycanın “yaşıl gündəliy”i fonunda gerçəkləşən hazırkı çoxqütblü dünyada yekdilliklə bəşəriyyəti narahat edən məsələlərlə bağlı effektiv qərarların qəbul olunduğu iqlim konfransı kimi tarixə düşdüyünü bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və COP29-un tarixi nailiyyətlıri ilə bağlı fikirlər səsləndirilib.