Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayevanın ingilis dilində “Böyük Britaniyanın iqtisadiyyatı” adlı monoqrafiyası işıq üzü görüb.
İctimai.az xəbər verir ki, monoqrafiyada Böyük Britaniyanın ümumi xarakteristikası, makroiqtisad
Kitab ali təhsil müəssisələrinin tələbələri, eləcə də digər oxucular üçün faydalıdır.
Qeyd edək ki, Ş. Abdullayeva iki dərslik, dörd dərs vəsaiti, bir monoqrafiya, on beş dərs proqramı, 60-dan çox məqalə və tezisin müəllifidir. Elmi əsərləri Kanada, Niderland, Serbiya, Polşa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna və s. ölkələrdə dərc edilib. O, Respublika və xaricdə keçirilən beynəlxalq simpozium, seminar və konfransların fəal iştirakçısıdır.
Müəllifi təbrik edir, fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.