Ağ Ev Çinin Rusiya Federasiyasına birbaşa hərbi yardım göstərmədiyini etiraf edibbackend

ABŞ hakimiyyəti etiraf edib ki, Çin Rusiyaya xüsusi hərbi əməliyyatda istifadə oluna biləcək birbaşa hərbi yardım göstərmir. RİA Novosti bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın bəyanatına istinadən xəbər verir.

Jurnalistlər üçün keçirdiyi brifinqdə Sullivan deyib ki, Birləşmiş Ştatlar Çinin Rusiyaya hərbi yardım göstərməsinə dair “heç bir sübut görmür”, lakin Ağ Ev Çinin Rusiya hərbi sənayesinin fəaliyyətinə verdiyi töhfədən narahatdır.

Aprelin 9-da ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə Rusiyaya xaricdən silah tədarükünün qarşısının alınmasını müzakirə edib. Məlumdur ki, Şimali Koreya, İran və Çin Rusiyaya silah tədarük etməkdə şübhəli bilinirdi.

Mənbə: RİA Novosti