İsveçrə AİHM-in qərarına görə ölkənin Avropa Şurasından çıxmasını tələb edibbackend

Ölkənin ən böyük siyasi qüvvəsi olan İsveçrə Xalq Partiyası (SPP) hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına görə İsveçrə Avropa Şurasından çıxmalıdır. Bu barədə TASS məlumat yayıb.

AİHM daha əvvəl məhkəmə qərarı çıxarmışdı ki, bu qərara əsasən, İsveçrə hakimiyyəti iqlim probleminin həlli üçün müvafiq tədbirlər hazırlaya bilmədiyi üçün rəsmi Bernin iqlim dəyişikliyi ilə mübarizədə səyləri yetərli deyildi. Bundan əlavə, AİHM İsveçrəni istixana qazlarının tullantılarının azaldılması ilə bağlı müəyyən hədəfləri yerinə yetirməməkdə ittiham edib.

Ölkə parlamentində ən böyük fraksiyaya sahib olan sağçı mühafizəkar SNP AİHM qərarını “qalmaqallı” adlandırıb. O, məhkəməni qərəzli olmaqda ittiham edib, onun hökmünü ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və İsveçrəni Avropa Şurasından çıxmağa çağırıb.

Mənbə: TASS