İtaliyanın su elektrik stansiyasında partlayış nəticəsində 3 nəfər ölüb, 4 işçi itkin düşübbackend

İtaliyanın su elektrik stansiyasında (SES) güclü partlayış baş verib, nəticədə ölənlər, yaralananlar və itkin düşənlər var. Bu barədə ANSA xəbər agentliyi məlumat yayıb.

Mövcud məlumatlara görə, Emiliya-Romanya bölgəsindəki Suviana süni gölündə yerləşən Enel Green Power su elektrik stansiyasında turbin partlayışı baş verib. Partlayış stansiyanın bəzi binalarının dağılmasına səbəb olub. Daha sonra yanğın və stansiyanı qismən su basıb. Partlayış nəticəsində 3 stansiya işçisi həlak olub, 5-i ağır yaralanıb və xəstəxanalara aparılıb. Daha dörd nəfər itkin düşmüş hesab olunur.

Hazırda axtarış-xilasetmə işlərində 12 yanğınsöndürmə briqadası, dağıntılar altında axtarış üzrə ixtisaslaşmış iki qrup və dalğıclar iştirak edir. Xilasetmə işləri gecə boyu davam edəcək.

Mənbə: Haber.com