Ağ Ev NATO ölkələrinin Ukraynaya 40 milyard avro ayırdığını təsdiqləyibbackend

Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələri 2025-ci il ərzində Ukraynaya 40 milyard avro yardım ayıracaqlarını elan edəcəklər.

Bu barədə Ağ Evin saytındakı bəyanatda deyilir.

“Müttəfiqlər 2025-ci il ərzində minimum 40 milyard avro maliyyə ayırmaq niyyətlərini açıqlayacaqlar”, – ABŞ prezident administrasiyası bildirib.

Bundan əlavə, NATO Kiyevə hərbi, siyasi və maliyyə dəstəyini genişləndirmək üçün yeni addımlar elan edəcək.

Mənbə: CNN Türk