Orban Ərdoğanı Ukraynada sülhə nail olmaq üçün birlikdə işləməyə çağırıbbackend

Macarıstanın baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan onun sülh təşəbbüsünü dəstəkləməyi və Ukraynadakı münaqişənin həlli üçün səyləri birləşdirməyi xahiş etdiyini bildirib.

“Facebook” sosial şəbəkəsində Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Ərdoğanla danışıqlardan sonra Macarıstanın baş nazirinin videomüraciəti dərc olunub.

O qeyd edib ki, Kiyev və Moskvanın mövqeləri “hələ də bir-birindən uzaqdır”.

“Mən cənab prezidentdən sülh missiyamızda bizə dəstək verməsini xahiş etdim. “Sülh dostları” birləşsə, birgə səylərlə sülhə doğru növbəti addımı ata bilərik”, – Orban bildirib.

Mənbə: Haber Global