ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra mətbuat konfransı keçirməyə hazırlaşır. C-SPAN telekanalı xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Brifinqdə jurnalistlərə açıqlama verən Kirbi qeyd edib ki, dövlət başçısı hazırlaşır, materiallarla tanış olur, ev tapşırıqlarını yerinə yetirir. Ağ Evin koordinatoru vurğulayıb ki, bu, prezidentin NATO sammiti, G7 liderlərinin görüşü və ya Normandiya görüşü kimi istənilən beynəlxalq tədbirdən əvvəl etdiyi adi bir fəaliyyətdir.
Bundan əvvəl Kirbi demişdi ki, Bayden NATO müttəfiqlərini ölkəyə rəhbərlik etmək qabiliyyətinə inandırmağa ehtiyac duymur. Onun sözlərinə görə, NATO liderləri ABŞ rəhbərliyinə inanmasaydılar, Şimali Atlantika Alyansının sammitinə Vaşinqtona getməzdilər.
Mənbə: C-SPAN