Bel ağrılarının qarşısını almaq üçün müntəzəm gəzinti vacibdir. Bu barədə vertebroloq, yüksək kateqoriyalı xiropraktor Sergey Desenko məlumat verib. Onun sözlərini Pravda.Ru sitat gətirir. Mütəxəssis qeyd edib ki, fiziki fəaliyyət xüsusilə oturaq həyat tərzi keçirənlər üçün lazımdır.
“İnsan gündə 12-15 km piyada getməlidir. O zaman onun heç bir problemi olmayacaq”, – Desenko vurğulayıb.
O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) oturaq işlərə hər saatda 15 dəqiqəlik fasilə verməklə bağlı tövsiyəsini xatırladıb.
Mənbə: Pravda.Ru