Ağıllı saat nadir xəstəliyin sahibini tapıb

“Apple Watch” smart saatının sahibi nadir ürək xəstəliyinin erkən aşkarlanmasına kömək edən ürək əzələsinin zəif səviyyəsinin olması barədə bildiriş alıb. Bu barədə MyHealthyApple portalı məlumat yayıb.

İstifadəçinin sağlamlıq problemi Apple Watch-da Cardio Fitness funksiyasından istifadə edilməklə müəyyən edilib. Qadcet VO2 göstəricisini – məşq zamanı orqanizmin istehlak edə biləcəyi maksimum oksigen miqdarını müəyyən edir.

Apple Watch, kardio səviyyəsinin yaşı və cinsinə görə aşağı olduğu halda istifadəçini bildirişlə xəbərdar edir. Apple Watch Series 6-nın 40 yaşlı sahibinin davamlı olaraq almağa başladığı bu xəbərdarlıqlar idi.

Mənbə: Lenta.ru

Related Post