Microsoft-un texniki proses meneceri Cennifer Gentleman bildirib ki, Windows əməliyyat sistemində işləyərkən bir düyməni basıb saxlamaq Tapşırıq Menecerini öyrənməyi və ona nəzarət etməyi asanlaşdırır. O, məsləhətlərini şəxsi Twitter-də dərc edib.
“Ctrl düyməsini basıb saxlamağın Tapşırıq menecerinin yeniləməsini dayandırdığını bilirdinizmi? Bu o deməkdir ki, bütün proseslərin adları yerindən tərpənmir və proqramları resurs istifadəsinə görə çeşidlədiyiniz zaman seçmək daha asandır”.
Gentlemanın sözlərinə görə, metod həm Windows 10, həm də Windows 11-də işləyir. İşçi qeyd edib ki, düymə basılan zaman menecerdə bütün proseslər “dondurulacaq”.
Mənbə: Haberler.com

