Aİ iyula qədər Rusiya aktivlərinin mənfəətindən 2-3 milyard avronu Ukraynaya köçürməkdə israrlıdırbackend

Avropa İttifaqının rəhbərliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 2-3 milyard avro məbləğində gəlirin Ukraynaya ötürülməsini tələb edir.Bunu Britaniyanın Financial Times (FT) qəzeti avropalı rəsmilərə istinadən yazır.

Onların sözlərinə görə, Brüssel bu il Kiyevə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 2-3 milyard avro ayrılacağını təkid edir.

Hazırda Avropa Komissiyası Ukraynaya vəsait köçürmək planı hazırlayır. Bu, gələn həftə Aİ liderlərinin sammitindən əvvəl açıqlanacaq. Brüssel Aİ-yə üzv dövlətlərdən razılıq ala bilsə, ilk tranş iyulun əvvəlində ödənilə bilər.

Mənbə: TASS