Birləşmiş Ştatlar Rusiyanın kosmosda silahdan istifadə etmək planlarından narahat olduğunu bildiribbackend

ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns bildirib ki, ABŞ Rusiyanın strateji cəhətdən sabitliyi pozan silahların istifadəsinə qoyulmuş qadağanı poza biləcəyindən narahatdır. Onun sözləri ABŞ Senatının Xüsusi Kəşfiyyat Komitəsində dinləmələr zamanı RİA Novosti agentliyinə istinadən xəbər verir.

“Biz Moskvanın kosmosda və kiberməkanda da daxil olmaqla, asimmetrik və ya strateji cəhətdən sabitliyi pozan silahların istifadəsini qadağan edən uzunmüddətli qlobal normaları təhlükəyə atmasından narahatıq” dedi.

Martın 8-də Bloomberg agentliyi ABŞ-ın kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcəyini bildirib. Qeyd olunub ki, layihəsi ilkin işlənmə mərhələsində olan qətnamədə ölkələrin 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinin təsdiqi nəzərdə tutula bilər.

Mənbə: RİA Novosti