Avropa İttifaqının rəhbərliyi ticarət gərginliyinin artması fonunda iyunun 24-ü və 25-də Çinə səfər etməyi planlaşdırıb.
Bu barədə “Politico” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, danışıqlar birinci gün Pekində, ikinci gün isə Anhuy əyalətində baş tutacaq. Avropa tərəfini Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta təmsil edəcək.
Mənbələr görüşün əsas mövzuları arasında iqtisadi əlaqələr, tariflər və ABŞ siyasətinə cavab olaraq mümkün tədbirlər olacaq.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas beynəlxalq ictimaiyyəti Çini hərbi yolla cilovlamaq və onun iqtisadi təsiri ilə mübarizə aparmaq üçün iqtisadi ittifaqlardan istifadə etməyə çağırıb. O qeyd edib ki, ölkələr indi iqtisadi ittifaqların da hərbi çəkindirmə üçün cavabdeh ola biləcəyi vəziyyətdədir.