Estoniya Aİ-ni 2026-cı ilə qədər Rusiyadan enerji resurslarının idxalını dayandırmağa çağırıbbackend

Estoniya prezidenti Alar Karis Avropa İttifaqını (Aİ) 2026-cı ilə qədər Rusiyadan enerji resurslarının idxalını dayandırmağa və Moskvaya qarşı sanksiyaları davam etdirməyə çağırıb.

Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Yayımçının sözlərinə görə, Estoniya lideri həmçinin Avropanın müdafiə sənayesini gücləndirməyi və Rusiya Federasiyasına “hər cür təzyiqi artırmağı” zəruri hesab edir.

Mayın əvvəlində Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiyanın enerji resurslarının Avropa İttifaqına idxalını dayandırmaq üçün yol xəritəsi layihəsini təqdim edib.

Bundan əlavə, AK iyun ayında Rusiyanın yeni qaz müqavilələri və mövcud spot müqavilələri çərçivəsində bütün idxalı qadağan edən qanunvericilik təklifini təqdim etmək niyyətindədir. Qadağanın 2025-ci ilin sonuna kimi qüvvəyə minməsi nəzərdə tutulur.