Aİ Moldovada seçkilərə müdaxilədə ittiham olunurbackend

Avropa İttifaqı (Aİ) Moldovada seçki kampaniyasına birbaşa müdaxilə edir.

Bu barədə TASS-a müsahibəsində Sosialistlər Partiyasının lideri, Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib.

“Biz görürük ki, Avropa İttifaqı müxtəlif bəyanatları və Moldovaya səfərləri ilə artıq birbaşa seçki kampaniyasında iştirak edir.

Dodon bildirib ki, hazırkı Moldova hakimiyyəti sentyabrda keçiriləcək parlament seçkilərində 500 min bülleteni doldurmağı planlaşdırır.

Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək. Baş nazirin namizədliyi və hökumətin tərkibi qanunvericilər tərəfindən təsdiqlənməlidir. Seçkilər vahid seçki dairəsi üzrə keçirilir.