Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri Ukraynaya göndəriləcək hava hücumundan müdafiə sistemləri və sursatları axtaracaqlar. TASS xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Xosep Borrel bildirib.
“Biz daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi və daha çox ələ keçirən raketlə təchiz etməliyik, çünki raketsiz hava hücumundan müdafiə gülləsiz silah kimidir”.
Borrell əlavə edib ki, o, bütün ölkələrdən Ukrayna üçün hava hücumundan müdafiə sistemləri axtarmağı xahiş edib.
Mənbə: TASS