Polşa prezidenti Anjey Duda bəyan edib ki, Varşava öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır. Onun sözlərini Fakt sitat gətirir.
“Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün Nüvə Paylaşımı çərçivəsində bizim ərazimizdə də nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”, – deyə Duda bildirib.
Polşa prezidentinin qeyd etdiyi kimi, bu məsələ Vaşinqton və Varşava arasında danışıqların mövzusudur.
Mənbə: Lenta.ru