Avropa İttifaqı gələcək sanksiyalar çərçivəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qoyulan qadağadan imtina edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Nəşr qeyd edir ki, rəsmilər Aİ-yə üzv olan bir sıra dövlətlərin rəhbərliyinin müqaviməti səbəbindən bundan imtina ediblər. Vurğulanır ki, Avropa hakimiyyət orqanları alternativ enerji mənbələrindən əmin deyillər və ABŞ-la danışıqlarda möhkəm mövqe saxlamaq istəyirlər.
Agentlik iddia edir ki, hazırda Avropa Komissiyası Aİ-nin 2027-ci ilə qədər Rusiyanın enerji mənbələrindən mərhələli şəkildə çıxarılması üçün yol xəritəsi hazırlamağı planlaşdırır. Sənəd mayın 6-da dərc oluna bilər. Buraya tariflər və kvotalar kimi məhdudiyyətlər də daxil ola bilər.