AİHM Rusiya Federasiyasına Pussy Riot qrupuna təzminat ödəməyi əmr edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qeyri-kommersiya təşkilatının (QHT) qeydiyyatına qoyulan qadağadan şikayət edən Pussy Riot pank qrupunun xeyrinə 24 min avrodan çox təzminat təyin edilməsinə qərar verib. Bu barədə RİA Novosti yazır.

Rusiya ötən ildən Strasburq məhkəməsinin yurisdiksiyasını tanımır.

2013-cü ildə qrup üzvlərinin xuliqanlıqda cəza çəkdiyi həbsxanadan çıxdıqdan sonra onlar məhbuslara hüquqi yardım göstərəcək “Qanun zonası” adlı layihə yaratmaq niyyətində olduqlarını bildiriblər. Lakin QHT-lər qeydiyyata alınarkən onlara təqdim olunan sənədlərin və qurumun statusunun tələblərə cavab vermədiyi izah edilərək imtina edilib. Bununla bağlı onlar AİHM-ə müraciət ediblər.

Mənbə: RİA NOVOSTİ

Oxşar xəbərlər