Ailəsini öldürməkdə təqsirli bilinən şəxs bacısı və onun uşağını da öldürübbackend

Bakıda balta ilə ata-anasını və azyaşlı qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs digər ailə üzvlərini də öldürüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli qətli törətməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı – 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.

Qeyd edək ki,1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.