Almaniyanın Düsseldorf yaxınlığındakı Mettmann şəhərində ukraynalı yeniyetmə hücuma məruz qalıb, nəticədə o, ağır yaralanıb. Bu barədə DPA agentliyi polisə istinadən xəbər verir.
Əldə olan məlumata görə, hücum tamamilə irqi düşmənçilik zəminində baş verib. Hadisə fevralın 10-da yeməkxanaların birində baş verib. Naməlum şəxs ukraynalı yeniyetməni təhqir etməyə başlayıb, daha sonra onun başına hansısa əşya ilə zərbələr endirib, sonra isə yoxa çıxıb.
Cinayətlə bağlı təhqiqatı Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosunun (BFF) Düsseldorfdakı ofisi aparır.
Mənbə: Lenta.ru














