Ali təhsil müəssisələrində dərslər belə olacaq – RƏSMİbackend

Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq:”Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər”.

İctimai.az