Məktəbdə dərslər 15 sentyabrda başlayacaq – ŞƏRTLƏRbackend

Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur:”Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi nəzərdə tutulur”.

1-4 cü siniflər: Ənənəvi qaydada həftədə 2-3 dəfə

5-9 cu siniflər: 1 oktyabra kimi distant, ondan sonra ənənəvi

10-11 ci siniflər: Distant təhsilin olması nəzərdə tutulur

İctimai.az