Yoqa və üzgüçülük və su aerobikası kimi az təsirli məşqlər yaşlandıqca oynaq sağlamlığının qorunması üçün vacibdir. Kanberra Universitetinin idman təbabəti professoru Qordon Vaddinqton “The Conversation”a verdiyi açıqlamada qeyri-bərabər səthlərdə gəzmək də vacibdir.
Mütəxəssisin sözlərinə görə, yaşla qığırdaq və sinovial mayenin miqdarı – oynaq səthləri arasındakı sürtünməni azaldan və qığırdaqları qida maddələri ilə təmin edən qalın bir sürtkü – azalır. Qığırdaq toxumasının öz qan təchizatı olmadığı üçün bərpası demək olar ki, mümkün deyil. Onun tədricən məhv olması dünyada 500 milyondan çox insana təsir edən bir xəstəlik olan osteoartritin inkişafına gətirib çıxarır.
Bir çox insanın narahatlığına baxmayaraq, fiziki fəaliyyət əslində oynaqlara zərər vermək əvəzinə onları qoruya bilər. Hərəkət sinovial mayenin oynaq daxilində paylanmasına və qığırdağa qida maddələrinin çatdırılmasına kömək edir. Bundan əlavə, oynaqların ətrafındakı əzələlər amortizator kimi çıxış edərək sümüklərə düşən yükü azaldır.















