2024 YR4 asteroidinin 2032-ci ildə Ay ilə mümkün toqquşması 100 min tona qədər Ay süxurunu buraxa bilər ki, bu da Yer orbitindəki peyklərə və digər cihazlara zərər verə bilər. Bu barədə CNN kanalı ABŞ-ın Nyu-York ştatının Kornel Universitetinin alimlərinə istinadən məlumat yayıb.
NASA-nın məlumatına görə, bu gün 2024 YR4 ilə 2032-ci ildə Ay ilə toqquşma ehtimalı 4,3% təşkil edir. Alimlər xəbərdarlıq edir ki, bu, son 5 min ildə Ay ilə ən böyük toqquşma olacaq.
CNN, komandanın aparıcı alimi Paul Wiegert-in şərhinə istinad edir: “Ölçüsü cəmi bir neçə on santimetr olan dağıntılar belə Aydakı hər hansı astronavt və ya onların kəşfiyyat və yaşayış üçün qurduqları cihazlar üçün təhlükə yarada bilər”