Britaniya Kolumbiyası Universitetinin kanadalı alimləri və onların Lankaster Universitetindən olan britaniyalı həmkarları müəyyən ediblər ki, informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə qadınlarda kişilərlə müqayisədə daha çox stress yaradır. Qadınlar həm iş yerində, həm də ondan kənarda rəqəmsal yüklənmədən daha çox əziyyət çəkirlər. Tədqiqat Community, Work & Family (CWF) elmi jurnalında dərc olunub.
“İKT-dən tez-tez istifadə vaxt və səy tələb etdiyinə görə, bu, yeni iş formasını təmsil edir”, – deyə layihə rəhbəri professor Yang Hu bildirib.
Komanda 29 ölkədən ən azı bir uşağı və ən azı bir yaşayan valideyni olan 30-59 yaşlı 6654 işləyən qadının məlumatlarını təhlil edib.
Mənbə: Lenta.ru