Cənubi Kaliforniya Universitetinin amerikalı alimləri marixuana istifadəsi ilə baş və boyun xərçənginin yaranması arasında əlaqə tapıblar. Araşdırma JAMA Otolaryngology – Head & Neck Surgery elmi jurnalında dərc olunub.
Dünyada ən çox görülən altıncı xərçəng olan baş və boyun xərçənginə ağız, farenks, qırtlaq və bitişik tüpürcək vəziləri də daxil olmaqla bir neçə növ xərçəng daxildir. Müalicəsiz baş-boyun xərçəngi diaqnozu qoyulan insanın ömrü 2-3 ildir.
Tədqiqatçılar 64 səhiyyə təşkilatının tibbi məlumatlarını təhlil ediblər. Onlar bir ildən beş ilədək marixuana istifadə edən xəstələrdə xərçəng hadisələrini izləyiblər.
Mənbə: Head & Neck Surgery