Alimlər Avropa əhalisini məhv edən vəba epidemiyalarının mənşəyini aşkar ediblər

Kopenhagen Universitetinin Danimarka alimləri Şimali Avropa əhalisinin təxminən 5 min il əvvəl geniş miqyasda məhv olmasının səbəbini müəyyən ediblər. Mütəxəssislərin fikrincə, Daş dövrünə aid kənd təsərrüfatı icmaları vəba epidemiyasının qurbanı olub. Tədqiqat “Science” elmi jurnalında dərc olunub.

Neolit ​​süqutu kimi tanınan fəlakətin mənşəyi uzun müddətdir elmi ictimaiyyətdə müzakirə mövzusu olaraq qalır.

Yeni araşdırmada komanda bütün Skandinaviyada tapılan insan dişlərinin və sümüklərinin DNT-sini təhlil edib. Tədqiqatçılar 108 nəfərin qalıqlarını təhlil ediblər. Onların 17%-i ölüm zamanı taun xəstəliyinə yoluxmuşdur.

Mənbə: Science

Related Post